Fələstin bayrağı Cenevrədə dalğalanır

Nyu-york və Vyanadan sonra Fələstin bayrağı Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində də qaldırıldı.

392066
 Fələstin bayrağı Cenevrədə dalğalanır

BMT-nin Cenevrə Ofisinin Baş Direktoru Michael Mollerin, Fələstin Xarici İşlər Naziri Riyad Əl-Malikinin və çox sayda diplomatın qatıldığı mərasimdə Fələstin və Vatikan bayraqları qaldırıldı.
Möller tədbirdə etdiyi çıxışında Fələstin bayrağının BMT-də dalğalanmasının Yaxın Şərqdəki sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini dedi.
Maliki isə:"Fələstin bayrağını BMT-də dalğalandıraraq, işğalçı qüvvə İsrailə Fələstin xalqının kimliyini silə bilməyəcəyi mesajını veririk" dedi.
BMT-də “Mşahidəçi dövlət" statusunda yer alan Fələstinin bayrağı, Sentyabrın 30-da BMT Baş Assambleyasında qəbul edilən qərara əsasən Nyu-yorkda, Bazar Ertəsi günü isə Vyanada qaldırıldı.
Bu, Fələstinin BMT üzvlüyü yolunda mühüm bir addımı oldu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr