Pan Ki Mun İsraildən şəffaf istintaq tələb etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Ki Mun İsrailin İordan çayının qərb sahilində 4 fələstinlinin qətlə yetirilməsini qınayaraq İsrail Hökumətindən şəffaf istintaq tələb etdi.

350775
Pan Ki Mun İsraildən şəffaf istintaq tələb etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyindən verilən açıqlamada  Baş Katibin İordan çayının qərb sahillərində və Şərqi Qüdsdə ölüm hadisələrinin artması ilə əlaqədar narahatlıq hiss etdiyini bildirildi.

Son bir neçə gün ərzində aralarında 13 yaşlı uşağın da olduğu 4 Fələstinlinin öldürüldüyü, yüzlərlə insanın yaralandığı qeyd edilən açıqlamada zorakılıq hadisələrinin nəzarətdən çıxa biləcəyi xəbərdarlığı edildi.

Açıqlamada Baş Katibin İsrail Hökumətindən hadisələri təcili və şəffaf bir şəkildə araşdırmasını və qeyri-bərabər gücdən istifadə olunub- olunmamasının müəyyən edilməsini tələb etdiyi bildirildi.

Açıqlamaya görə, Pan Ki Mun Fələstin xalqının evlərinin dağıdılması və işğal altındakı Fələstin torpaqlarında israillilər üçün yaşayış məntəqəsinin qurulmasının təzyiqi daha da yüksəldəcəyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr