İsrail polisi və fələstinli gənclər arasında qarşıdurma oldu

Qüdsün müxtəlif bölgələrində İsrail əsgərləri ilə fələstinli gənclər arasında baş verən qarşıdurmalarda 14 fələstinli yaralandı.

388653
İsrail polisi və fələstinli gənclər arasında qarşıdurma oldu

Fələstin Qızıl Aypara  Cəmiyyətinin mətbuat katibi Arrab Əl-Fukaha döyüşlərdə 1 həqiqi və 13 plastik güllə ilə atəşin açılması nəticəsində 14 nəfərin yaralandığını, 21 nəfərin isə gözyaşardıcı qazdan zərər gördüyünü dedi. Fukaha  İordan çayının qərb sahili və Qüdsdə yaralananların sayının 139-a çatdığı barədə məlumat verdi.


Digər tərəfdən, İordan çayının qərb sahillərində yerləşdirilmiş yəhudilər bəzi ana yolları yola bağladılar, fələstinlilərə məxsus nəqliyyat vasitələrinə daş atdılar.

İsraildəki 1948 İslam Hərəkatının lideri Raid Salah İordan çayını qərb sahili və Qüdsdə gərginliyin qalxmasına görə İsrail Baş Naziri Binyamin Netanyahu məsul tutdu.

Salah: "İordan çayının qərb sahilində və Qüdsdə baş verən gərginliyin bütün səbəbkarı Netanyahudur. O, Ərəb dünyasının zəif və qərarsız vəziyyətinin Məscidül Əqsanın müsəlmanlar və yəhudilər arasında bölünməsinə şərait yaradacağı zənni ilə bunları edir" dedi.

Fələstinlilər Məscidül Əqsaya qarşı törədilənlərə etiraz etmək məqsədilə Yaffa şəhərində mitinq keçirdilər. İsrail polisinin sözçüsü Micky Rosenfeld Yaffa şəhərindəki mitinqə müdaxilə nəticəsində baş verən hadisələrdə 3 İsrail polisinin yüngül şəkildə yaralandığını, 2 fələstinlinin nəzarətə alındığını bildirdi.

 İordan çayının cənubundakı Əl-Xəlil şəhərində isə yəhudinin maşınla vurduğu 11 yaşlı Fələstinli yaralanaraq Əl-Xəlil Dövlət Xəstəxanasına çatdırıldı. Uşağı vuran yəhudi  hadisə yerindən qaçdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr