İsrail son iki həftədə Qüdsdə 174 fələstinlini həbs edib

İsrail polisi son günlər Şərqi Qüdsdə 6-sı uşaq olmaqla 12 fələstinlini saxlayıb.

386064
İsrail son iki həftədə Qüdsdə 174 fələstinlini həbs edib

  İsrail Polis sözçüsünün verdiyi yazılı şərhdə deyilir: “Fələstinlilər gecə saatlarında Şərqi Qüdsdə ictimai nizamı pozan hərəkətlərə qatıldıqları və daş atdıqları şübhəsiylə nəzarətə alınıb”.

  Qeyd edək ki, İsrail Təhlükəsizlik Komitəsi ötən həftə İsrail əsgərlərinə daş və molotof kokteyli atan fələstinlilərə atəşaçma səlahiyyəti, bu adamların 4-20 il arası həbs cəzasına məhkum edilməsi və uşaqlara pul cəzası kəsilməsini əhatə edən qərarlar çıxarıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr