Kamerunda silahlı hücum

Hadisə zamanı 7 nəfər həyatını itirib.

347691
Kamerunda silahlı hücum

Kamerunda silahlı qrupun təşkil etdiyi hücumda 7 nəfər həyatını itirib. Ölkənin şimalındakı 4-cü hərbi bölmənin komandiri Polkovnik İssa Babatura, 20-yə yaxın silahlı şəxsin, Tchika qəsəbəsinə təşkil olunan hücum zamanı yaralananların da olduğunu açıqlayıb. Babatura, “Boko Haram” qruplaşmasının üzvü olduğu təxmin edilən şəxslərin qəsəbədəki bəzi evləri yandırdıqlarını da bildirib. 

Digər tərəfdən, Douala şəhərində, 300-ə yaxın gənc, “Boko Harama” qarşı mübarizə verən orduya dəstək məqsədiylə yürüyüş təşkil edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr