G4 liderlərinindən ortaq bəyanat

Nyu-Yorkda toplanan Yaponiya, Hindistan, Almaniya və Braziliyadan ibarət G4 ölkələrinin liderləri, BMT Təhlükəsizlik Şurasının islahatları barədə ortaq bəyanat verib.

354260
G4 liderlərinindən ortaq bəyanat

Hindistan baş naziri Narendra Modinin ev sahibliyi ilə həyata keçirilən G4 zirvəsində, Yaponiya baş naziri Şinzo Abe, Braziliya prezidenti Dilma Rousseff, Almaniya kansleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası islahatını müzakirə edib. Liderlər, sammitdən sonra ortaq açıqlama verərək yığıncağın, bu məsələyə qatqı təmin edəcəyini bildirib. G4 ölkələrinin açıqlamasında, son illərdə sürətlə artan qlobal problemlərə və böhranlara qarşı daha təsirli islahatlara ehtiyac olduğunu qeyd edib. G4 liderləri, bir çox üzv dövlətin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq istədiyini bildirib. 

Qeyd edək ki, G4 ölkələri BMT TŞ islahatı mövzusunda ən son 2004-ci ildə toplanaraq, sülh və rifah üçün ortaq razılığa gəlmişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr