Pakistanda R.T.Ərdoğan Xəstəxanası və Ə.Ərdoğan İbtidai Məktəbi

Pakistan 2010-cu ildə tarixinin ən böyük sel fəlakəti yaşadı. Bu dövrdə Rəcəb Tayyib Ərdoğan Türkiyənin Baş naziri idi.

392346
Pakistanda R.T.Ərdoğan Xəstəxanası və Ə.Ərdoğan İbtidai Məktəbi

  Ərdoğanın verdiyi təlimatla Muzaffargah bölgəsində tikilən və ötən aylar xidmətə açılan məktəb və xəstəxana bölgə xalqına böyük dəstək olub.

  Ən son texnologiyayla təchiz edilən iki əməliyyat otağına malik Rəcəb Tayyib Ərdoğan Xəstəxanasında hər gün təxminən min nəfər müalicə alır, Əminə Ərdoğan İbtidai Məktəbində isə 720 şagird oxuyur.

  Xəstələrdən müayinə və yatmaq üçün hər hansı bir ödəniş alınmır. Orta məktəbdə də təhsil pulsuz verilir. Bundan başqa, məktəb və şagirdlərə dəftər və kitablar “Daneesh-Care” Cəmiyyəti tərəfindən təmin olunur.

  Xəstəxananın həyətində yerləşən başqa binada isə fiziki müalicə xidmətlərinin verildiyi reabilitasiya mərkəzi var. Bu mərkəzdə qol və ayaq protezləri də edilir.

  Məktəb və xəstəxana inşa etdirdiyi üçün Muzaffargah bölgəsinin məsulu Şövkət Əli “2010-cu il selindən sonra Türkiyə-Pakistan dostluğu və qardaşlığının bir daha şahidi olduq” deyib.

  Əminə Ərdoğan İbtidai Məktəbinin direktoru Aişə Qurmani (Ayesha Gurmani) də öz növbəsində Türkiyəyə minnətdarlığını bildirib: "Bu məktəb bölgənin təhsil standartlarını yuxarıya qaldırıb."

  Xəstəxananın cərrahı dr. Muhamed İrşad isə deyib: "Bundan əvvəl Səudiyyə Ərəbistanında çalışdım. Bu imkanlarda xəstəxana Pakistan daxilində və Səudiyyə Ərəbistanında çox az saydadır".

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr