Xarici İşlǝr Nazirliyi Sanadakı hücumu pislǝyib

Xarici İşlǝr Nazirliyi Yǝmǝnin paytaxtı Sanada bayram namazı zamanı mǝscidǝ tǝşkil edilǝn bombalı hücumu pislǝyib.

391810
Xarici İşlǝr Nazirliyi Sanadakı hücumu pislǝyib

Xarici İşlǝr Nazirliyi Yǝmǝnin paytaxtı Sanada bayram namazı zamanı mǝscidǝ tǝşkil edilǝn bombalı hücumu pislǝyib.
Nazirliyin açıqlamasında bildirilib ki, Yǝmǝndǝ qanuni dövlǝt hakimiyyǝtinin bütün ölkǝ miqyasında bǝrpa edilǝrǝk, qardaş Yǝmǝn xalqının daimi dinclik, tǝhlükǝsizlik vǝ sabitliyǝ qovuşması uğrunda göstǝrilǝn cǝhdlǝrǝ dǝstǝyimizi bir daha dilǝ gǝtiririk. Hücum nǝticǝsindǝ hǝyatını itirǝnlǝrǝ Allahdan rǝhmǝt, yaxınlarına isǝ başsağlığı veririk. Yaralıların da yaxın zamanda sǝhhǝtlǝrinǝ qovuşacaqlarına ümid edirik.
Qeyd edǝk ki, Sananın mǝrkǝzindǝ yerlǝşǝn Belili mǝscidindǝ bayram namazı qılınan zaman kütlǝnin arasında olan iki kamikadze üzǝrlǝrindǝki bombanı partlatmış, 25 nǝfǝr hǝlak olmuşdu. Hücumun mǝsuliyyǝtini terror tǝşkilatı DEAŞ-a sadiq olan “Sana Vilayǝti” adlı tǝşkilat üzǝrinǝ götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr