Nepalda yeni konstitusiya qəbul edilib

Nepal Dövlət Başçısı Ram Baran Yadav, parlament tərəfindən qəbul edilən yeni konstitusiyanı təsdiqləyib.

352256
Nepalda yeni konstitusiya qəbul edilib

Cəmiyyətin bəzi təbəqələrinin qarşı çıxdığı yeni konstitusiyanın qəbulu, Dövlət Başçısı Yadav tərəfindən ictimaiyyətə rəsmi olaraq elan olundu. Yadav, parlamentdə etdiyi çıxışı zamanı yeni konstitusiyanın ölkənin inkişafı üçün əhəmiyyətli bir addım olduğunu bildirib. Siyasi partiyalar arasındakı fikir ayrılıqları səbəbiylə illərdir təxirə salınan yeni konstitusiya parlamentdə 507 səslə qəbul edilib. 

Qeyd edək ki, yeni konstitusiya, Nepalı 7 federal əyalətə ayırır. Bəzi etnik qruplar, əyalət strukturlarına etiraz etmək üçün nümayişlər təşkil etmişdi. Aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalarda onlarla adam həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr