Yaponiyada təhlükəsizlik qanununa etiraz

Yaponiya Baş Naziri Shinzo Abenin Parlamentdən keçirməyə çalışdığı yeni təhlükəsizlik haqqında qanun layihəsi mübahisələrə səbəb oldu.

389289
Yaponiyada təhlükəsizlik qanununa etiraz

Parlamentdə əksəriyyətin qəbul etdiyi qanun layihəsi Yaponiyanın İkinci Dünya Müharibəsindən bu yana ilk dəfə ölkə xaricindəki  hərbi əməliyyatlarda iştirak etməsinin önünü açır.

Qanunun parlamentdən keçməsini əngəlləmək istəyən müxalifət partiyalarının deputatları parlamenti bir-birinə qatdı.

Komitə sədrinin açılış nitqini 15 saatdan artıq gecikdirən müxalifət partiyaları sədr haqqında istintaq işinin açılmasını təklif etdilər.

Müxalifət bu qanun layihəsinn  çox müzakirəyə  ehtiyacı olduğunu düşünür.

Tokioda bir araya gələn minlərlə nümayişçi Baş Nazir Shinzo Abeyə və təhlükəsizlik qanunu layihəsinə etiraz etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr