‘’Suriya məsələsi artıq qlobal problemdir’’, S. Obrien

BMT Baş Katibinin müavini və Humanitar İşlər və Fövqəladə Hallar Koordinatoru Stefan Obrien Suriyada minlərlə vətəndaşın yaşamaq üçün mübarizə apardığına toxunaraq ölkədəki vəziyyətin artıq qlobal bir problem olduğuna diqqət çəkib.

389033
 ‘’Suriya məsələsi artıq qlobal problemdir’’, S. Obrien

BMT Təhlükəsizlik Şurasının Suriyayla bağlı iclasında çıxış edən Obrein ölkədəki vəziyyətin narahat edici olduğunu bildirib.
Ölkədəki vətəndaş müharibəsində minlərlə insanın ölümlə qarşı-qarşıya olduğunu ifadə ediən Obrein hücumlar nəticəsində ölkədəki infrastrukturun dağıldığını bildirib.
Stefan Obrein başda Dəməşq və Hələb olmaqla ölkənin müxtəlif şəhərlərində insanların aylardır susuz və elektriksiz yaşamağa çalışdığını vurğulayıb.
Ölkədə 2 milyona yaxın uşağın təhsil və səhiyyə xidmətlərindən məhrum qaldığını bildirən koordinator, 500 minə yaxın insanın təcili yardıma ehtiyacı olduğunu qeyd edib.
Digər tərəfdən, Suriyada müharibə bütün şiddətilə davam edir.
Suriya ordusuna məxsus helikopterlerin Hələbdə müxalifətin nəzarətindəki Məşhəd məhəlləsinə bombalı hücumlar təşkil etdiyi bildirilir.
Hücumlar nəticəsində 45 nəfər həyatını itirib, onlarla adam yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildikləri, çoxlu sayda yaralının isə dağılan evlərin altında qaldığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr