Davudoğlu terrora qarşı əməkdaşlığa dəvət etdi

Bloomberg qəzeti Türkiyə Baş Naziri Əhməd Davudoğlunun Avropa İttifaqına terrora qarşı əməkdaşlıq təklifindən yazdı.

378110
Davudoğlu terrora qarşı əməkdaşlığa dəvət etdi

 Qəzetdə verilən məlumata görə, Türkiyə Şimali İraqdakı terror mərkəzlərini məhv etmək istiqamətində tədbirlər görərkən Türkiyə Baş Naziri Əhməd Davudoğlu terror təşkilatı PKK-nın maliyyə varlıqlarını hədəf almasına yardımçı olması üçün Avropa İttifaqına müraciət edib.

Qəzet Davudoğlunun Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə keçirdiyi görüşdə Avropanı separatçı təşkilat PKK-ya qarşı əməkdaşlığa dəvət etdiyini yazıb.
Xəbərdə, Davudoğlunun: "Gündəmdə Avropada terrorun maliyyəsi ilə əlaqədar atılması vacib olan addımlar və birgə səy ehtiyacı məsələləri idi" sözlərinə yer verilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr