"Avropa dövlətləri qaçqın mövzusunda həssas olmalıdırlar"

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun qaçqın böhranına biganə qalmağın Avropa dəyərlərinə zərər verəcəyini bildirib.

376660
"Avropa dövlətləri qaçqın mövzusunda həssas olmalıdırlar"

Pan Gi Mun, Avropaya gedən mühacirlərin çoxunun pənah gətirmək üçün qanuni hüquqa malik olduğunu və Avropa dövlətlərinin bu məsələdə daha məsuliyyətli və həssas olmalarını istəyib.
Baş Katib Avstriya, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, Polşa və Slovakiya liderlərini bu ayın sonunda qaçqın problemi ilə bağlı toplantıya dəvət edəcəyini söyləyib.
Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığı qarşıdakı 10 gündə Macarıstana 42 min qaçqının gəlməsinin gözlənildiyini açıqlayıb.
Bu arada, qaçqınlara qapılarını açan Cənubi Amerika ölkələri arasında Çili də vardır.
Çili Prezidenti Mişel Bachelet "əhəmiyyətli sayda qaçqını" qəbul edəcəklərini bildirib.
Digər tərəfdən, Almaniya Baş Naziri Angela Merkel və İsveç Baş Naziri Stefan Löfven dünən görüşüblər.
Birgə mətbuat konfransında Merkel: "Qaçqınların Avropa İttifaqı daxilində ədalətli yerləşdirilməsinə ehtiyac var amma bundan çox uzağıq" deyib.
Türkiyənin qaçqınlar üçün çox şey etdiyinə və qaçqın düşərgələri yaratdığına diqqət çəkən Merkel: "Türkiyə ilə bu barədə fikir mübadiləsinə ehtiyac var. Bunu isə Avropa Komissiyası edəcəkdir" deyə danışıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr