Şərnişin avtobusu uçuruma aşıb: 15 nəfər ölüb

Braziliyanın cənub –şərqində 81 turisti daşıyan sərnişin avtobusu 50 metr dərinliyi olan uçuruma aşıb.

375678
Şərnişin avtobusu uçuruma aşıb: 15 nəfər ölüb

Nəticədə 15 nəfər həyatını itirib, 66-sı isə yaralanıb.
Əldə edilən məlumata əsasən yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
Rəsmilərin məlumatına görə, qəzaya səbəb əyləcin tutmaması olub və nəticədə sürücü sükana nəzarəti itirib.
Statistikaya əsasən, Braziliyada 2013-cü ildə təxminən 40 min adam yol qəzası nəticəsində ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr