UNİCEF: Orta Şərqdə 13 milyondan çox uşaq təhsildən məhrum olub

Suriyada hǝr 4 məktəbdən biri bağlanıb.

374006
UNİCEF: Orta Şərqdə 13 milyondan çox uşaq təhsildən məhrum olub

BMT Uşaqlara Yardım Fondunun (UNICEF) hesabatına görə Suriya, İraq, Yəmən, Liviya və Sudanda məktəbyaşlı uşaqların 40%-i təhsildən məhrum olunub. BMT bu rəqəmin 50-ə yüksələ biləcəyini bildirib. Suriya, İraq, Yəmən və Liviyada 9 min məktəb yararsız haldadır. Suriyada 2011-ci ilin Mart ayından bu zamana qədər hər 4 məktəbdən biri bağlanıb və 2 milyondan çox uşaq təhsildən məhrum edilib. Bəzi uşaqların ailələrinə yardım etmək üçün məktəbə getmədiyi, bəzilərinin isə döyüşlərə qatıldığı bildirilir. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr