"Mümkün olan həll yolu 2 xalq üçün 2 dövlətdir", B.Netanyahu

“Fələstinlilərlə müzakirə üçün heç bir şərtim yoxdur”, B.Netanyahu

373064
"Mümkün olan həll yolu 2 xalq üçün 2 dövlətdir", B.Netanyahu

  İsrail Baş naziri Binyamin Netanyahu fələstinlilərlə sülh danışıqları üçün qeyd-şərtsiz Ramallaha və ya Fələstinin hər hansı bir yerinə getməyə hazır olduğunu bildirib.

  İsrailli "Sülhsevər Qadınlar Hərəkatı"nın üzvləri ilə görüşən Netanyahu fələstinlilərlə yenidən sülh masasına oturmağa hazır olduğunu söyləyib: "Biz fələstinlilərlə müzakirə etmək istəyirik. Mümkün olan həll yolu 2 xalq üçün 2 dövlətdir. Yəhudi xalqının milli dövlətini tanıyan, silahdan təmizlənmiş Fələstin dövləti və digəri isə Yəhudi dövləti. Əgər Fələstin dövlət başçısı ilə görüşməyə niyyət etsəniz, mənim onunla görüşməyə hazır olduğumu söyləyin" deyib.

  Qeyd edək ki, Fələstinlə İsrail arasında sülh danışıqları 2014-cü ilin aprel ayında təxirə salınmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr