Aralıq dənizində yenə immiqrant faciəsi baş verdi

Liviyanın Zuvara (Zuwara) şəhəri sahillərində 500 qaçaq immiqrant daşıyan iki bot (rezin qayıq) çevrilib.

370594
Aralıq dənizində yenə immiqrant faciəsi baş verdi

  Liviya Sahil Təhlükəsizlik Xidmətinin məlumatına görə, 200-ə qədər qaçaq immiqrant xilas olunub, qalanları həyatını itirib.

  Qurban immiqrantların Suriya, Banqladeş və Afrika ölkələrindən olduğu bildirilir.

  Birləşmiş Millətlər Təşkilatının son rəqəmlərinə görə, bu il Aralıq dənizi üzərindən Avropaya keçməyə çalışan 2400 qaçaq immiqrant həyatını sularda itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr