ABŞ DEAŞA qarşı hava əməliyyatlarına qatılacaq

ABŞ Müdafiə Nazirliyi Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı hava əməliyyatlarına yaxın zamanlarda qatılacağını açıqladı.

370905
ABŞ DEAŞA qarşı hava əməliyyatlarına qatılacaq

ABŞ Müdafiə Nazirliyi sözçüsü Jeff Davis Türk hərbi təyyarələrinin hava hücumlarına qatılma zamanı ilə əlaqədar: "Çox yaxın zamanda, gününü və saatını demirəm, amma çox yaxında" dedi.

J.Davis Türkiyənin koalisiyanın hava hücumlarına daxil olması və daha çox hədəf vurulması ilə bərabər əməliyyat sayını da artırma imkanını təmin edəcəyini söylədi.

Müdafiə Nazirliyi sözçüsü hava hücumlarında yalnız Suriya və İraqdakı DEAŞ mövqelərinin hədəf alınacağını bildirdi.

Bu arada, PKK-nın terror təşkilatı olduğuna diqqət çəkən J.Davis, Türkiyənin bu  təşkilata qarşı özünü müdafiə etmə haqqına malik olduğunu da təkrarladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr