Əyyub əl Kazzani terrorçuluqda ittiham olunub

Amsterdam-Paris qatarında atəş açan Mərakeş vətəndaşı Əyyub əl Kazzani terrorçuluqda ittiham olunub.

369424
Əyyub əl Kazzani  terrorçuluqda ittiham olunub

Amsterdam-Paris qatarında atəş açan Mərakeş vətəndaşı Əyyub əl Kazzani terrorçuluqda ittiham olunub.
Paris prokuroru Fransua Molin bildirib ki, terror məqsədi ilə kütləvi qətllər törətmək cəhdində şübhəli bilinən əl Kazzani saxlanılıb. Bundan başqa, əl Kazzani qanunsuz silah saxlamaq və gəzdirməkdə də ittiham olunur.
Prokurorun mǝlumatına ǝsasǝn, saxlanılan zaman Əyyub əl Kazzaninin üzərindən “Kalaşnikov” avtomatı, 270 patron, həmçinin “Lüger” tipli tapança və şüşə qabda 0,5 litr benzin götürülüb.
Qeyd edək ki əl Kazzani Amsterdam-Paris qatarında kütləvi qətllər törətməyə cəhd edib, lakin sabiq hərbçi olan iki amerikalı və bir britaniyalı sərnişin tərəfindən dərhal saxlanılıb. Kazzaninin hücumu zamanı yalnız bir neçə nəfər yüngül yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr