Türkiyə və ABŞ arasında razılaşma əldə olunub

Mevlüt Çavuşoğlu: “DEAŞ ilə mübarizə məsələsində iki ölkə arasında fikir ayrılığı yoxdur”

369608
Türkiyə və ABŞ arasında razılaşma əldə olunub

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Türkiyə və ABŞ arasında, DEAŞ terror təşkilatına qarşı keçiriləcək əməliyyatlarla bağlı razılaşmanın texniki müzakirələrinin tamamlandığını və imzaların atıldığını bildirib.
Xarici terroristlərə qarşı Türkiyənin ciddi mübarizə apardığını bildirən nazir “Ölkəyə girişini qadağan etdiyimiz insanların sayı 18 mini keçib. Saxlanılaraq deportasiya etdiyimiz xarici terrorist döyüşçü sayı isə min 900-ə çatıb. Hava limanlarında təsbit etdiyimiz və geri göndərdiyimiz adam sayı isə min 500-ü keçib” deyə qeyd edib.
Bu arada Pentaqondan da Türkiyə və ABŞ arasında DEAŞ terror təşkilatı ilə mübarizə mövzusunda bağlanan razılaşmaya münasibət bildirib. ABŞ Müdafiə Nazirliyi sözçüsü Peter Kuk, Amerika və Türk səlahiyyətlilərin, DEAŞ əleyhdarı koalisiya əməliyyatlarında Türkiyənin tam iştirakı üçün texniki detalların tamamlandığını ifadə edib. Nazirlik nümayəndəsi “Türkiyənin koalisiya təyyarələriylə birlikdə hərəkət edəcək olması əhəmiyyətli bir addımdır” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr