BMT-nin Baş katibi Ban Ki Mun, Nigeriyaya səfər edib

Baş katib sǝfǝri çǝrçivǝsindǝ Dövlət Başçısı Məhəmməd Buxari ilə görüşəcək.

368815
BMT-nin Baş katibi Ban Ki Mun, Nigeriyaya səfər edib

Danışıqlarda terror təşkilatı Boko Haram ilə mübarizə mövzusu müzakirə olunacaq. Baş katib, Boko Haramın paytaxtı Abucada təşkil edilən və 12-si BMT işçisi olan 24 nəfərin həyatını itirdiyi bombalı hücumun dördüncü ilinə həsr olunan mərasimlərə qatılıb. Ban Ki Mun, mərasimdən sonra, hücumda həyatını itirənlərin yaxınları ilə bir araya gəlib. BMT Baş katibinin görüşləri çərçivəsində, terrorla mübarizə ilə birlikdə iqtisadi inkişaf və iqlim dəyişikliyi kimi mövzuları da müzakirə edəcəyi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr