Venesuella Kolumbiyayla sərhəd qapısını bağlayıb

Venesuella Kolumbiyayla sərhəd məntəqəlǝrindən birini müvəqqəti olaraq giriş-çıxışlara bağlayıb.

338796
Venesuella Kolumbiyayla sərhəd qapısını bağlayıb

Sərhəddəki bəzi qəsəbələrdə isǝ 60 gün fövqəladə vəziyyət elan edilib.
Xatırladak ki, sərhəd məntəqəsi çərşəmbə günü qaçaqmalçıların üç əsgər ilə bir vətəndaşı yaralamasından sonra üç gün müddətlə bağlanılmışdı.
Venesuela dövlət başçısı Nicolas Maduro qərarın sərhəddəki qaçaqmalçılığın qarşısını almaq üçün tədbir olaraq qǝbul edildiyi bildirib.
Kolumbiya dövlət başçısı Huan Manuel Santos isə sərhəd qapısının bağlanmasından günahsız insanların tǝsirlǝnǝcǝyini ifadə edərək qaçaqmalçılığı ancaq iki ölkənin əməkdaşlığı ilǝ qarşısının alınacağını vurğulayıb.
Qeyd edək ki, söz mövzusu sərhəd məntəqəsi,qaçaqmalçılıq, narkotik və FARC terroru səbəbiylə Kolumbiya və Venesuella arasında tez-tez gərginliyə səbəb olur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr