Nigeriyada düzgün qidalanmamaq ən çox uşaqlara zərbə vurur

Nigeriya Statistika Bürosu rəsmi açıqlamasında bildirib ki, ölkədə düzgün qidalanmamağa görə hər gün ən az min uşaq həyatını itirir. Bu rəqəm 5 yaşdan aşağı olan uşaqların ölümlərinin 55 faizini təşkil edir.

335886
Nigeriyada düzgün qidalanmamaq ən çox uşaqlara zərbə vurur

  Düzgün qidalanmaya kömək üçün ölkənin 11 əyalətində Birləşmmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun mərkəzləri fəaliyyət göstərir.

  Kano şəhərindəki mərkəzin koordinatoru Məryəm Abdullahi bildirib ki: “Hər həftə düzgün qidalanmamaqdan əziyyət çəkən 400 uşaq qəbul edirik. Mərkəzdə uşaqlar üçün qəbul edə bilmədikləri qida və vitaminləri bərpa etmək üçün xüsusi proqram var. Nəticədə son 6 ildə 200 min uşaq həyatı xilas edilib”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr