"Tel-Əviv qürur şəhəri ola bilməz!"

Fransada Paris Bələdiyyəsinin hər yay təşkil etdiyi "Ənənəvi Paris Çimərlik günləri" tədbirləri sırasında Tel-Əvivin qürur şəhəri seçilməsinə etiraz bildirən qrup alternatif fəaliyyət təşkil edib.

326547
"Tel-Əviv qürur şəhəri ola bilməz!"

  Nümayişçilər üzərlərində "Fələstinə azadlıq" yazılan kiçik və böyük bayraqlarla Seine çayı sahili boyu hərəkət ediblər.

  Tel-Aviv çimərlik fəaliyyətinə qarşı çıxanlar "Qəzzada çimərlik" adlı fəaliyyətlər təşkil edərək əks reaksiyalarını bildiriblər.

  Sosial mediada da İsrailin fələstinlilərə qarşı etdiyi hərəkətlər haqqında yazılar yayılıb.

  Nümayişçiləri dağıtmaq üçün yüzlərlə polis və jandarma işçisi cəlb edilib. Təhlükəsizlik gücləri etirazçılardan bir çoxunu nəzarətə alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr