Myanmarda iqtidar partiyası lideri vəzifəsindən uzaqlaşdırıldı

İqtidardakı Birlik, Həmrəylik və İnkişaf Partiyasının mərkəzi üç ay sonrakı seçkilər üçün namizədlərin təyin olunduğu toplantıdan sonra təhlükəsizlik gücləri tərəfindən mühasirəyə alınıb.

326732
Myanmarda iqtidar partiyası lideri vəzifəsindən uzaqlaşdırıldı

  Partiya lideri Shwe Mannın vəzifəsindən uzaqlaşdırıldığı, onunla birlikdə partiyanın baş katibinin də işinə son verildiyi bildirilib.

  Myanmarda ordu məclisdəki kürsülərin dörddə birinə sahibdir və iqtidar partiyası ordunun siyasi davamı sayılır.

  Qeyd edək ki, Myanmarda təxminən 50 il davam edən hərbi cunta rəhbərliyi 2011-ci ildəki seçkilərdə vətəndaş hökumətinin iqtidara gəlməsiylə sona çatmışdı. Amma son zamanlar köhnə cunta rejimində ən təsirli adlardan biri olan Shwe Mann ilə bəzi islahatlara gedən dövlət başçısı Thein Sein arasında gərginlik artmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr