Ferqüsonda etiraz aksiyaları davam edir

Braunun qǝtlǝ yetirilmǝsinin ildönümündǝ etiraz aksiyaları keçirilir.

326077
Ferqüsonda etiraz aksiyaları davam edir

Braunun qǝtlǝ yetirilmǝsinin ildönümündǝ etiraz aksiyaları keçirilir.
ABŞ-ın Missuri ştatına bağlı Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirǝsi anılıb. Gǝncin vurulduğu küçǝdǝ bir araya gǝlǝn yüz nǝfǝrlik qrup şüarlar sǝslǝndirǝrǝk polisin zorakılığına vǝ sosial ǝdalǝtsizliyinǝ etirazını bildirib. Nümayiş zamanı hadisǝ yaranmayıb.
Ferqüsonda keçǝn il avqustun 9-da qaradǝrili gǝnc Maykl Braunun silahsız halda öldürülmǝsi son illǝrin ǝn sǝrt etiraz aksiyalarına sǝbǝb olmuşdu.
Polis ǝmǝkdaşı Vilsının keçǝn il noyabrda başladılan istintaqda böyük heyǝt tǝrǝfindǝn günahsız olduğunun qǝbul edilmǝsi vǝ başqa ştatlarda da oxşar hadisǝlǝrin yaşanması qarşısında keçirilǝn etiraz aksiyaları ölkǝ miqyasına yayılmışdı.
Digǝr tǝrǝfdǝn ABŞ polisi Ferqüson şǝhǝrindǝ keçǝn ilki “Maykl Braun”un xatirǝsinǝ keçirilǝn nümayişlǝr zamanı polisin vurduğu gǝncǝ aid olduğunu iddia etdiyi kadrları yayımlayıb.
Görüntülǝrdǝki şǝxsin 18 yaşındakı Tyron Harris olduğu iddia edilir. Harris polisin atǝşi nǝticǝsindǝ ciddi şǝkildǝ yaralanmışdı.
Ölkǝdǝki qaradǝrililǝrǝ yönǝldilmiş polis zorakılığının tǝhrik etdiyi irqçilik mübahisǝlǝri gǝlǝcǝk ilki prezidentlik sǝçkisi üçün keçirilǝn kampaniyalara öz tǝsirini göstǝrir.
Mübahisǝlǝrin son qurbanı Cümhuriyyǝtçi Partiyadan namizedliyini irǝli sürǝcǝyini açıqlayan Jeb Buş olub. Buş Las Veqasda keçirilǝn yığıncaqda etdiyi çıxışda tǝhsil, mühacir problemi, İran vǝ iqtisadiyyat mǝsǝlǝlǝrinǝ toxunub.
Buşun irqçiliklǝ bağlı mübahisǝlǝrǝ toxunmaması salondakı bir qrupun reaksiyasına sǝbǝb olub. Qrup “qaradǝrililǝrin hǝyatı önǝmli” şüarı ilǝ Buşa etiraz edib. Buş etirazlar qarşısında yığıncağa son qoyaraq salonu tǝrk edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr