50 nəfər nəzarət altına alınıb

Ferguson nümayişləri zamanı 50 nəfər nəzarət altına alınıb.

322228
50 nəfər nəzarət altına alınıb

Ferguson nümayişləri zamanı 50 nəfər nəzarət altına alınıb.
ABŞ-da Maykıl Brave adlı zənci gəncin polis tərəfindən öldürülməsinin birinci il dönümü ilə əlaqədar bir çox şəhərlərdə etiraz nümayişləri keçirilib.
Ferguson qəsəbəsinin Sent Lui inzibati bölgəsindəki federal məhkəməyə üz tutan 100-dən çox aksiya iştirakçısı binaya daxil olmaq istəyərkən polis barikadaları ilə qarşılaşıb. Aksiya iştirakçılarından bəzilərinin barrikadaları yarmağa cəhd edərkən 50 nəfər polis tərəfindən saxlanılıb. Gözlənilən aksiyalar və qarşıdurmalar ilə əlaqədar olaraq Saint Louisdə səlahiyyətlilər fövqəladə vəziyyət elan ediblər.
Qeyd edək ki, ötən ilin avqustun 9-da Fergusonda zənci gənc Maykıl Brovenin öldürülməsi və gənci öldürən polisin günahsız olması ilə bağlı məhkəmə tərəfindən qərar çıxarılması ölkə daxilində son illərin ən şiddətli etiraz nümayişlərinə səbəb olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr