Hindu mәbәdindә izdiham: 11 ölü

Hindistanda bir Hindu məbədində yaranan izdiham zamanı 11 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb.

320377
Hindu mәbәdindә izdiham: 11 ölü

Bir Hindu festivalını qeyd etmək üçün Lord Shiva məbədinə gələn minlərlə adam məbəd qapısının açılması zamanı eyni anda içəri daxil olmaq istəyərkən izdiham yaşanıb. Ölənlərin 8-nin qadın olduğu bildirilir. Festival günlərində nəhəng izdihamların eyni anda məbədlərə axın etdiyi Hindistanda ötən ayda yaşanan bir onoloji hadisə zamanı 27 adam həlak olmuşdu. 2013-cü ildə yaşanan bir izdihamda isə əksəriyyəti qadın və uşaq olmaqla 110 adam həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr