Çilidə 91 yaşında bir qadın bətnində 60 il körpə daşıdı
Melendez 60 il əvvəl hamilə qalmış körpə doğulmadan ölmüşdü
317990
Çilidə 91 yaşında bir qadın bətnində 60 il körpə daşıdı
91 yaşındakı Estela Melendez qarın ağrısı şikayətiylə getdiyi xəstəxanada ağılları başdan alan bir xǝbǝr ilǝ qarşılaşdı.
Həkimlər əvvəl yaşlı qadının bətnində bir növ şiş olduğundan şübhələndi.
Ancaq çəkilən rentgen nəticəsində, Melendezin qarınında bir döl olduğu təyin olundu.
Melendez 60 il əvvəl hamilə qalmış, lakin körpə doğulmadan ölmüşdü.
Bətnində ölən körpəsiylə illərcə yaşayan yaşlı qadın ,yoldaşını da bir neçə ay əvvəl itirdi.
Mütəxəssislər qadının irəliləyən yaşı səbəbiylə körpənin alınmasının risk doğura biləcəyini söyləyir.