Fransa döyüş gəmiləri Rusiyaya vermir

Fransa Rusiyaya təhvil vermədiyi Mistral tipli döyüş gəmiləri üçün Rusiyanın ödədiyi vəsait həcmində təzminat verib.

317196
Fransa döyüş gəmiləri Rusiyaya vermir

Yenisey Sarayından verilən yazılı açıqlamada Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı zamanı sözügedən məsələnin müzakirə olunduğunu bildirib. Açıqlamada bildirilir ki, 2011-ci ildə iki ölkə arasında imzalanan və Fransanın Rusiyaya 2 Mistral döyüş gəmisi təhvil verməsini nəzərdə tutan müqavilə ləğv edilib. Müqaviləyə əsasən ilk gəminin 2014, digərinin də 2015-ci ildə təhvil veriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Fransa Ukrayna böhranındakı davranışını əsas göstərərək gəmilərin Rusiyaya təhvil verilməsini təxirə salıb. Bu səbəbdən də təzminat mövzusu gündəmə gəlmişdi. Fransa 800 milyon avronu ödəməyə hazır olduğunu bildirsədə, Moskva 1,1 milyard avro tələb etmişdi. Rəsmi Parisin Rusiyanın istədiyi miqdarı qəbul etdiyi ehtimal edilir. ABŞ və digər qərb ölkələri Rusiyanın Fransaya sifariş verdiyi döyüş gəmilərini təhvil verməməsi mövzusunda uzun zamandır Fransız rəhbərliyinə təzyiq edirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr