120 fǝlǝstinlinin aclıq aksiyası

İsrailin Nefta hǝbsxanasında tutulan 120 fǝlǝstinli namüǝyyǝn vaxtadǝk aclıq aksiyası başladıb.

317212
120 fǝlǝstinlinin aclıq aksiyası

İsrailin Nefta hǝbsxanasında tutulan 120 fǝlǝstinli namüǝyyǝn vaxtadǝk aclıq aksiyası başladıb.
Fǝlǝstin Azadlıq Tǝşkilatına (FKÖ) bağlı Әsir İşlǝri üzrǝ Ali Heyǝtin sǝdri İsa Karaki aclıq tǝtilinin mǝhbusların mǝruz qaldığı tǝzyiq vǝ hücumlarla yanaşı bǝzilǝrinin başqa yerlǝrǝ nǝql edilmǝsi nǝticǝsindǝ başladığını söylǝyib.
Karaki hǝbsxana idarǝsi zorakılıq hallarına son qoyanadǝk mǝhbusların aksiyasının davam edǝcǝyini bildirib.
Hǝbsxanalardakı mǝnfi vǝziyyǝtǝ görǝ mǝhbuslar arasında gǝrginliyin dǝrinlǝşdiyini vurğulayan Karaki cümǝ gününün Nefta, Ramon vǝ ǝn-Nakab başda olmaqla İsraildǝki hǝbsxanaların hamısında “Qǝzǝb Günü” elan edildiyini dilǝ gǝtirib.
Fǝlǝstinin Әsirlǝr Nazirliyinin mǝlumatına ǝsasǝn İsrail hǝbsxanalarında 7000 artıq fǝlǝstinli ǝsir var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr