Yəməndə altı ayda təxminən iki min adam həyatını itirdi

Yəmən üçün BMT Mühacirlər Yüksək Komissarlığı Təcili Müdaxilə Fondu

314851
Yəməndə altı ayda təxminən iki min adam həyatını itirdi

Yəməndə altı ayda təxminən iki min adam həyatını itirdi

Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında çıxış edǝn BMT İnsan Haqları Ali Komissarlığı sözçüsü Cecile Pouilly "Yəməndə 27 Mart tarixindən bu yana davam edən qarşıdurmalarda 1916 vətəndaş öldü, 4186 vətəndaş yaralandı" dedi.

BMT Mühacirlər Yüksək Komissarlığı sözçüsü Adrian Edwards isə, ölkədə qarşıdurmaların başladığı mart ayından bu yana təxminən 100 min adamın Yəməni tərk etdiyini söylədi.

Ölkədə yerindən edilən 1,2 milyon insan olduğunu ifadə edən Edwards, Yəmən üçün BMT Mühacirlər Yüksək Komissarlığı təcili müdaxilə fondu daxilində lazımlı olan 105,6 milyon dollarlıq maliyyə yardımın yalnız yüzdə 23-nün qarşılandığını vurğuladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr