Nkurunziza 3-cü dəfə dövlət başçısı seçildi

Burundi Konstitusiya Məhkəməsi 21 iyulda təkrar dövlət başçısı seçilən Pyer (Pierre) Nkurunzizanın 69,41 faiz səslə seçimi qazandığını elan edib.

309457
Nkurunziza 3-cü dəfə dövlət başçısı seçildi

  Nkurunziza dövlət radioteleviziyasında çıxış edərək xalqa səslənib, burundililərə təşəkkürünü bildirib.

  Dövlət başçısı seçkinin etibarlı olmadığını iddia edən müxalifətə və beynəlxalq cəmiyyətə də üz tutaraq ölkədə sülh və inkişafa xidmət edəcəyini söyləyib.

  Nkurunziza Burundidə 10 ildir dövlət başçısıdır.

  Hökumətlə müxalifət arasında 28 avqust 2000-ci ildə imzalanan Arusan Müqaviləsinə görə, dövlət başçısı yalnız 2 dəfə seçilə bilər. Amma Nkurunziza bu maddəyə baxmayaraq, 3-cü dəfə namizədliyini irəli sürmüş, Konstitusiya Məhkəməsi də "2005-ci ildə vəzifəyə gələn Nkurunzizanın dövlət başçısı seçilməsi üçün 3-cü dəfə namizəd olması qarşısında qanuni bir maneə yoxdur” deyə qərar vermişdi.

  Nkurunziza namizədliyini rəsmən açıqladıqdan sonra aprelin sonunda müxalifət və vətəndaş cəmiyyətləri küçələrə etiraz nümayişlərinə çıxmışdı.

  Qarşıdurmalarda bu günə qədər 100-dən çox adam həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr