Fransa-İngiltərə sərhədindəki qaçqın böhranı davam edir

Minlərlə immiqrantın həyat mübarizəsi

309737
Fransa-İngiltərə sərhədindəki qaçqın böhranı davam edir

Fransa-İngiltərə sərhədindəki qaçqın böhranı davam edir.

Minlərlə immiqrantın, Fransanın liman şəhəri Calaisdə həyat mübarizəsi davam edir.

Hamısının tək bir məqsədi var  o da Manş Tuneli üzərindən İngiltərəyə keçmək.

Ancaq 35 dəqiqəlik bu yol  kimininsə ömrünə əvəz ola bilər.

Köçkünlər yenə Fransız polisinin maneəsinə ilişdi.

İngiltərə Baş naziri David Cameron immiqrant böhranının baş aktyorlarından biri olaraq görülür.

Səbəbi isə immiqrantları sürüyə bənzədən Cameron  tuneldən keçməyi bacaran immiqrantları geri göndərəcəklərini söyləməsidir.

İngiltərə baş nazirinin bu sözləri  Qaçqın Şurası və müxalifət partiyalarının sərt reaksiyasına gətirib çıxardı.

Fransa isə keçişin qarşısını almaq üçün sərhədə dəstək gücləri yığıb .

Tənqidlərin bir digər səbəbi də İngiltərənin hələ qaçqın istihdamı mövzusunda təqdim edilən təklifi qəbul etməməsidir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr