Narkotik kartelləri dəhşət törәtmәkdә davam edirlәr

Chihuahua (ŞİHUAHUA) əyalətində üzü maskalı və hәrbi geyimli qrup tәrәfindәn oğurlanan eyni ailә mәnsubu 9 nәfәrdәn biri xilas olarkәn, digәr 8-i öldürülüb.

317250

Polisin, xilas olan şәxsin verdiyi mәlumata görә bölgәdә başlatdığı axtarış nәticәsindә oğurlananların cәsәdlәri tapılıb. Öldürülәnlәrin arasında 15 yaşlı iki gәncin olduğu bildirilir.
Bu günə qədər minlərlə adamı oğurlayan mafiyaya qarşı güclü mübarizә edә bilmәyәn Mekzika hökümәti әleyhindә reaksiyalar artır.
Qeyd edәk ki, Meksika hökumətinə sәrt reaksiya verәn İnsan hüquqları komissiyası ölkədəki itkin hadisələri üçün әn az 30 araşdırma komissiyasının qurulduğunu bildirib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr