Misirdə təzyiq və zülmlər davam edir

Misirdə demokratik düçüncə tərəfdarlarına edilən təzyiq və zülmlər davam edir.

346926
Misirdə təzyiq və zülmlər davam edir

Mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında olan İnsan Haqqları İzləmə Təşkilatı, Misir hökumətindən nəzarətə alındıqdan sonra itən şəxslərin aqibətinin açıqlanmasını istəyib. Misir hökumətinin bəzi itkin şəxslərin nəzarət altına alındığını təkzib etdiyini ifadə edən təşkilat bu hadisələrə cavabdeh şəxslərin ədalət məhkəməsi önünə çıxarılmasını tələb edib. Təşkilat, 2014 ilin aprelindən bu ilin iyun ayına qədər təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilən və onlardan bir daha xəbər alına bilməyən 7 adamın taleyini gündəmə gətirib. Misir dövlətinin adı açıqlanmayan bir səlahiyyətli şəxsi isə hesabatın reallığı əks etdirmədiyini bildirib. Qeyd edək ki, İnsan Haqqları İzləmə Təşkilatı Misirdə müxalifəti sıxışdırmaq üçün həyata keçirilən əməliyyatlarda yüzlərlə adamın öldürüldüyünü və 40 mindən çox insanın nəzarət altına alındığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr