Manş Tunellərinin gizli labirinti artıq hər kəsin üzünə açılır

II Dünya müharibəsinin izlərini daşıyan və o zaman silah anbarı kimi istifadə edilən Manş Tunelləri yerin 23 metr altında yerləşir.

346491
Manş Tunellərinin gizli labirinti artıq hər kəsin üzünə açılır

  Dövrün İngiltərə Baş naziri Uinston Çörçıl (Churcill) İngiltərəni Fransaya bağlayan bu tarixi Manş Tünelində gizli bir labirint düzəltməyi əmr edir. Məqsəd buranın gizli bir silah anbarı və eyni zamanda, əsgərlər üçün sığınacaq olaraq istifadə edilməsi idi. Bundan əlavə, labirintdə əsgərlərin vaxt keçirə biləcəyi sahələr və bir kiçik xəstəxana da düzəldildi.

  Beləliklə, 100 gün içində Manş dənizinin ağ qayalarının altında gizli bir hərbi bölmə inşa edilir. Ancaq müharibə qurtarandan sonra yox edilən bir çox qurum kimi bu labirint də beton yığınına çevrilir və unudulur, ta ki 3 il əvvəl Mədəni İrsi Qoruma Cəmiyyəti tərəfindən üzə çıxarılana qədər.

  Təxminən 30 tonluq molozun çıxarıldığı bu gizli sahə əslinə uyğun olaraq yenidən inşa edilib.

  Tunellərdən 125 pillə enilərək çatılan labirint bazar ertəsi günü ilk dəfə olaraq hər kəsin üzünə açılıb.

  Yerin 23 metr altında olan labirintin divarlarındakı yazılar II Dünya Müharibəsinin izlərini daşıyır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr