Hindistanda Hindu Festivalı əsnasında 27 nǝfǝr hǝlak oldu

Müqəddəs çaylarda yuyunmanın cismi və ruhu təmizlədiyinə inanılır

345158
Hindistanda Hindu Festivalı əsnasında 27 nǝfǝr hǝlak oldu

Hindistanda ənənəvi Hindu Festivalı əsnasında 27 nǝfǝr hǝlak oldu.

Rajahmundry şəhərində günǝş çıxarkǝn Godavari çayına girməyə çalışan Hindu zəvvarlar izdihama yol açdı.

Çaya girənlərlə çıxanlar arasında yaşanan qarışıqlıq faciǝ ilǝ başa çatdı. Izdihamda 40 nǝfǝr yaralandı.

12 gün davam edən festivalda müqəddəs çaylarda yuyunmanın cismi və ruhu təmizlədiyinə inanılır.

Bu il səmada reallaşan və 144 ildə bir təkrarlanan ulduz düzülüşü səbəbindən, festivalın əhəmiyyəti daha da böyükdi.

Ölkədə 2 il əvvəlki festivalda da 115 nǝfǝr çıxan qarışıqlıqda əzilərək həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr