ABŞ-da polisə 5 milyon 900 min dollar cəza

Nyu Yorkda keçən yay nəzarətə alındığı zaman nəfəs çatışmazlığından boğularaq ölən amerikalı zənci Erik Qarnerin (Eric Garner) ailəsinin açdığı 75 milyon dollarlıq təzminat iddiasına baxılıb.

345181
ABŞ-da polisə 5 milyon 900 min dollar cəza

  Mərhumun yaxınlarına 5 milyon 900 min dollar təzminat ödənilməsinə qərar verilib.

  43 yaşında həyatını itirən Qarnerin ailəsinin vəkili məsul polisin cəzalandırılması üçün mübarizələrini davam etdirəcəklərini söyləyib.

  Qeyd edək ki, 17 iyul 2014-cü ildə polis Erik Qarneri qaçaq siqaret satdığı iddiasıyla nəzarətə almağa çalışıb. Astma və obezite narahatlığı olan Qarner "nəfəs ala bilmirəm" deyə fəryad etsə də, polis onu buraxmayıb və bu zaman Erik nəfəs çatışmazlığından dünyasını yerindəcə dəyişib. Bu hadisəylə bağlı nümayişlər də təşkil olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr