Meksikada Kolima vulkanı qorxunc vəziyyət yaradıb

Ötən həftə aktivləşən vulkanın təhlükəsi artıqca bölgədə yaşayanların təxliyə edilməsi sürətləndirilib. 

379429
Meksikada Kolima vulkanı qorxunc vəziyyət yaradıb

Kolimada ard-arda bir neçə partlayış da müşahidə olunub. Dağdan püskürən lava və kül ətrafdakı kəndlər üçün böyük təhlükələr yaradıb. Təhlükə bölgəsindəkilər müvəqqəti sığınacaqlara yerləşdirilir. 

Yanardağdan yüksələn qara tüstülər səmanı örtdüyü üçün bölgəyə edilən təyyarə səfərləri təxirə salınıb.
Xatırladaq ki, Kolima bu ilin yanvar-fevral aylarında da aktivləşmişdi, lakin o zaman bölgə sakinlərinin təxliyə edilməsinə ehtiyac duyulmamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr