Dünyanın ən uzun müddətli Xarici İşlər naziri dünyadan köçdü

Səudiyyə Ərəbistanının 40 il Xarici İşlər naziri olmuş şahzadə Səud ibn Faysal ibn Əbdüləziz Əl Səud 75 yaşında vəfat edib.

378300
Dünyanın ən uzun müddətli Xarici İşlər naziri dünyadan köçdü

  1975-ci ildə vəzifəyə başlayan və dünyanın ən uzun müddətli Xarici İşlər naziri olan Faysal səhhətindəki probləmlərə görə 1 mayda vəzifəsini Adil ibn Əhməd əl-Cübeyrə həvalə etmişdi. Bundan 2 ay yarım sonra həyatına vidalaşdı.

  Vəzifəsi boyu dörd ayrı-ayrı Səudiyyə kralı ilə çalışan Faysal ABŞ-ın bölgədə mühüm siyasi və iqtisadi müttəfiqi olan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri vəzifəsiylə diplomatik dairələrin hörmət etdiyi bir ad idi.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının keçmiş Xarici İşlər naziri Faysalın vəfatı münasibətilə kral Səlman ibn Əbdüləziz Əl Suuduyə zng edərək başsağlığı verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr