Yunanıstan bankları çərşənbə gününə qədər bağlıdır

Referendum öncəsi iyulun 6-dək bağlanılması planlaşdırılan banklar əlavə olaraq iki gün də bağlı qalacaq.

336025
Yunanıstan bankları çərşənbə gününə qədər bağlıdır

Gündəlik nağd pul çəkilməsinə qoyulan limit 60 avro olaraq davam edir, həmçinin təqaüdçü maaşlarının 120 avroluq qisminin ödənməsi üçün ölkə daxilində 1200 bank şöbəsi xidmət göstərir. Yunanıstanın Banklar Birliyinin rəhbəri Louka Katseli "Banklara likvidlik təmin edəcək olan Avropa Mərkəzi Bankının konfransı hələ keçirilmədiyi üçün bankların bağlı qalma müddətini iki gün də uzatmaq qərarına gəldik" deyə durumla bağlı açıqlama verib".
Digәr tәrәfdәn Avrozona rəsmi Afinanı Yunanıstanın borc böhranı mövzusunda ciddi olmağa çağırıb”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr