Yəməndə yaranan qarşıdurmalarda 259 uşaq ölüb

Yəmənin Ədən şəhərində baş verən qarşıdurmalarda 3 ay ərzində 259-u uşaq və qadın olmaqla 858 vətəndaş həyatını itirib, 6 min 879 nəfər yaralanıb.

331844
Yəməndə yaranan qarşıdurmalarda 259 uşaq ölüb

Yəmənin Ədən şəhərində baş verən qarşıdurmalarda 3 ay ərzində 259-u uşaq və qadın olmaqla 858 vətəndaş həyatını itirib, 6 min 879 nəfər yaralanıb.
Ədən Səhiyyə İdarəsinin rəhbəri Əl-Hıdır Lasur mətbuata verdiyi açıqlamada şəhərdə davam edən döyüş və qarşıdurmaların epidemiyalara və müxtəlif xəstəliklərə səbəb olduğunu da vurğulayıb.
6 min 214 nəfərin qızdırmaya tutulduğu, bunlardan 256-nın həyatını itirdiyi bildirilir. Əl-Hıdır Lasur qarşıdurmalar səbəbindən şəhərdəki vacib əhəmiyyətli xəstəxanaların bağlandığını deyib.
İnqilabın ardından siyasi sabitliyin təmin edildiyi Yəməndə hakimiyyətə bağlı qüvvələrlə şiə husilərin qarşıdurmalarını dayandırmaq üçün Səudiyyə Ərəbistanın tabeliyindəki koalisiya mart ayında qrup əleyhinə əməliyyat başlatmışdı. Husilər ilə rəhbərlik tərəfdarı qruplar arasındakı qarşıdurmalar müxtəlif şəhərlərdə davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr