Yunanıstanın Baş naziri xalqı "yox" deməyə çağırır

Yunanıstan baş naziri bankların bağlanması ilə ölkədə yaşanan çətin vəziyyətdə avropalıları günahlandırır.

328205
Yunanıstanın Baş naziri xalqı "yox" deməyə çağırır

Çipras kreditorların yunan xalqına referendumda "bəli” cavabını verməsi üçün təzyiq etdiyini iddia edərək bazar günü baş tutacaq ümumxalq səsveməsində insanları “xeyr” səsi verməsinə çağırıb.
Çipras televiziya vasitəsilə etdiyi çıxışında Avropada digər ölkələrin də xalq səsverməsinə getdiyini, lakin Yunanıstan məsələsində fərqli standart tətbiq olunduğu iddiasını irəli sürüb.
Bankların bağlanmasında avropalıların məsuliyyət daşıdığını deyən Baş nazir “Hökumət xalqa söz haqqı verdiyi üçün bankları bağladılar. Yunan xalqına vaxt vermədilər" deyə bildirib.
Yunanıstan probleminin hələ də müzakirə masasında olduğunu ifadə edən Çipras bazar günü keçiriləcək referendumda sandıqdan “xeyr” səsinin çıxmasının Avropa ilə ipləri qoparmaq mənasını yox, əksinə Avropa dəyərlərinə qayıdış mənasına gəldiyini söyləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr