Pakistanda istilərdən ölənlərin sayı artmaqda davam edir

Rütubətli hava ilə müşahidə olunan istilər 45 dərəcəni ötüb. Xəstəxanalardan verilən məlumata görə dünyasını dəyişənlərin sayı 900-ə çatıb.

318841
Pakistanda istilərdən ölənlərin sayı artmaqda davam edir

Pakistanda istilərdən ölənlərin sayı artmaqda davam edir.
Rütubətli hava ilə müşahidə olunan istilər 45 dərəcəni ötüb. Xəstəxanalardan verilən məlumata görə dünyasını dəyişənlərin sayı 900-ə çatıb.
Maye itkisinə məruz qalan minlərlə insan xəstəxanalara yerləşdiriliblər.
Digər tərəfdən, pakistanlılar elektrik enerjisinin kəsilməsi problemi ilə də üz-üzə qalıblar. Kəraçidə elektrik enejisinin kəsilməsi su təchizatının dayanmasına səbəb olduğu üçün bu hal da ölü sayının yüksəlməsinə təkan verib.
Havanın sərinləməsini böyük ümid və səbirsizliklə gözləyən pakistanlılara meteoroloqlar sevindirici xəbər verib. Proqnozlara görə qarşıdakı günlərdə temperaturlar enəcək və yağış yağacağı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr