"Prezidentin dinlənilməsi qəbul edilə bilməz", S.L.Foll

Fransa ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransa prezidentlərini dinləməsini "qəbuledilməz" hal adlandırıb.

318526
"Prezidentin dinlənilməsi qəbul edilə bilməz", S.L.Foll

  Prezident Aparatından verilən məlumatda yazılır: “ABŞ rəsmiləri bu cür məsələlərin öhdəliklərinə uyğun gəlmədiyini göstərir və Fransanın təhlükəsizliyi və maraqlarını təhdid edir. Bu və ya hər hansı bir fəaliyyətə icazə verilməyəcək. 2013-ci ilin sonunda və 2014-ci ilin fevral ayında Fransa prezidentinin ABŞ səfərində də bu barədə danışılıb. Amma ortaya çıxan bu həqiqətlər qəbul edilməz".

  Elysee Sarayında Müdafiə Şurasının toplantısında NSA-nın 2006-2012-ci illər arasında Fransada apardığı fəaliyyətlərilə bağlı mətbuatda yer alan məlumatların da araşdırıldığı bildirilib.

  İtele televiziya kanalına müsahibəsində Fransa dövlət katibi Stefan Le Foll (Stephane Le Folle) deyib: "Müttəfiqlər arasında belə bir vəziyyətin olmasını qəbul etmək çətindir. Xüsusilə də Respublika başçısına istiqamətli dinləmələr heç qəbul edilə bilməz. Terrorla mübarizə edən bir ölkənin strateji seçimlərdə birlikdə hərəkət etməsi lazım olduğu bir zamanda müttəfiqləri dinləməni anlamaqda çətinlik çəkirik.

  Xatırladaq ki, “Wikileaks” internet saytı tərəfindən ələ keçirilən və dünən ictimaiyyətə elan edilən "Elysee casusluğu" hesabatında NSA-nın 2006-2012-ci illər arasında Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransua Olandın dinlənildiyi məsələsi ortaya çıxdıqdan sonra yuxarıda sadalanan toplantı keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr