Nigeriyada Boko Haram yenə insan qanına susayıb

Nigeriyada Boko Haram terrorçuları Yobe və Borno əyalətlərinə etdiyi hücumlarda 35 nəfəri öldürüblər.

316021
Nigeriyada Boko Haram yenə insan qanına susayıb

 Yobe əyalətində bazar günü bombalı intihar partlayışı nəticəsində 15 nəfər ölüb, çox adam yaralanıb, Borno əyalətindəki bir kəndə hücum zamanı isə 20 nəfər ölüb.

 Qeyd edək ki, Boko Haram terrorçularının Nigeriyanın şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərinə 6 ildə etdikləri hücumlar zamanı 10 minlərlə adam həyatını itirib, milyonlarla insan isə yerlərindən didərgin düşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr