Yaponiya baş nazirinə etiraz

İkinci Dünya savaşının dönüş nöqtələrindən olan Okinava döyüşünün ildönümü mərasimində Baş nazir Şinzo Abeyə Amerikan bazası məsələsindəki mövqeyinə görə etiraz edilib.

315816
Yaponiya baş nazirinə etiraz

İkinci Dünya müharibəsində Amerika Birləşmiş Ştatları ilə Yaponiya arasındakı son böyük müharibə olan Okinava döyüşünün 70- ci ildönümündə çıxış edən Okinava valisi hökumətdən Amerikan bazasının yerinin dəyişdirilməsi planlarını nəzərdən keçirməsini istəyib. Çıxış sırası Baş nazirə gəlincə tamaşaçılar arasında gərgimlik mübahidə olunub. Salondan "Buradan çək get!", "Nə işin var burada?"deyə etiraz səsləri eşidilib. Baş nazir adıçəkilən baza ilə əlaqədar Okinava xalqı üçün ən yaxşı həll yolu tapılacağını söyləyib.
Xatırladaq ki, 1972-ci ilə qədər Amerika Birləşmiş Ştatlarının tabeliyində olan adadakı Amerikan bazasının yaşayış məntəqələrindən uzaq bir yerə daşınması qərarının verilməsi gərginliyi azaltmayıb, çünki ada əhalisi bazanın tamamilə ləğv edilməsini istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr