Kartır Rusiya vǝ Ukrayna ilǝ ǝlaqǝdar önǝmli açıqlamalar verib

ABŞ-ın Müdafiǝ naziri Aş Kartır (Ash Carter) Rusiya vǝ Ukrayna ilǝ ǝlaqǝdar önǝmli açıqlamalar verib.

314906
Kartır Rusiya vǝ Ukrayna ilǝ ǝlaqǝdar önǝmli açıqlamalar verib

ABŞ-ın Müdafiǝ naziri Aş Kartır (Ash Carter) Rusiya vǝ Ukrayna ilǝ ǝlaqǝdar önǝmli açıqlamalar verib.
Almaniyanın paytaxtı Berlindǝ jurnalistlǝrǝ açıqlama verǝn Kartır deyib ki, Rusiyanın düşmǝnçiliyini istǝmirik. Rusiya ilǝ isti ya da soyuq hǝrb olmasını arzulamırıq.
Avropanın şǝrqindǝki NATO ölkǝlǝrinǝ ağır silahlar yerlǝşdirilmǝsini düşündüklǝrini vurğulayan Kartır Ukraynaya silah vǝ müxtǝlif yardım materialları göndǝrǝrǝk dǝstǝklǝmǝkdǝ davam edǝcǝklǝrini dilǝ gǝtirib.
Digǝr tǝrǝfdǝn Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç (Victor Yanukoviç) Kiyevdǝ yüz nǝfǝrin ölümünǝ sǝbǝb olan hadisǝlǝrdǝ mǝsuliyyǝti olduğunu qǝbul edib.
Keçǝn ilin fevral ayında etiraz aksiyalarının keçirildiyi bir vaxtda Yanukoviç tǝhlükǝsizlik qüvvǝlǝrinǝ heç vaxt aksiyaçılara müdaxilǝ edilmǝsi əmri vermǝdiyini bildirib.
Qan axıdıldığına görǝ çox üzgün olduğunu deyǝn Yanukoviç günahkar olduğunu inkar etmǝdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr