ABŞ-da qara dərililərə görə nümayiş

ABŞ-ın Cənubi Karolina əyalətində Afrika Methodist Episkopal Kilsəsinə çərşənbə günü edilən və 9 qara dərilinin vurularaq öldürüldüyü silahlı hücuma etiraz olaraq minlərlə adam yürüşə çıxıb.

313798
ABŞ-da qara dərililərə görə nümayiş

  Nümayişçilər Çarlstondakı (Charleston) Artur Ravenel (Arthur Ravenel) körpüsünün yaxınlığında birləşiblər.

  Polisin icazəsindən sonra etirazçıların əllərində bayraq və plakatlarla avtomobil yoluna yürüməsi körpünün bir hissəsinin gedişə bağlanmasına səbəb olub.

  İrqçiliyi qınayan minlərlə amerikalı hücum zamanı öldürülən qara dərililərə həmrəy olduqlarını göstərmək üçün insan zənciri meydana gətiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr